RU

15 minə ikiotaqlı, 20 minə üçotaqlı mənzillər "satan" MKS rəisinə hökm oxundu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Sumqayıt Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) 20 saylı Mənzil-Kommunal Sahəsinin (MKS) keçmiş rəisi Anar Abbasova hökm oxunub.
Oxu.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə mühakimə olunan Anar Abbasova 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Anar Abbasov bundan əvvəl də Cinayət Məcəlləsinin 29, 178.2.3, 29, 178.2.4, 178.3.2, 308.2 və 320.1-ci maddələri ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində mühakimə edilib.
Məhkəmə zamanı məlum olub ki, Anar Abbasov bir neçə nəfəri aldadaraq onlardan külli miqdarda pul alıb. O, vətəndaşları inandırıb ki, Sumqayıt şəhəri 47-ci kvartalda yerləşən 9 mərtəbəli köhnə yaşayış binalarında yerləşən keçmiş məcburi köçkünlərin məskunlaşdığı 2, 3, 4 otaqlı mənzillər boşaldıldıqdan sonra MKS-nin balansına keçəcək. Anar Abbasov boş mənzillərin satışını münasib qiymətə təşkil etdiyini, satışa nəzarətin Sumqayıt Şəhər MKTİB-nin rəhbərliyi tərəfindən edildiyini, şəxsiyyət vəsiqəsini təqdim etməklə, bir neçə ay ərzində mülkiyyəti təsdiq edən sənədin - çıxarışın veriləcəyini, ikiotaqlı mənzili 15 000 manat, üçotaqlı mənzili 20 000 manat, dördotaqlı mənzili isə 25 000 manata satılmaqla, satışdan əldə edilən pul vəsaitlərinin birliyin rəhbərliyinə veriləcəyini yalandan vəd edərək həmin şəxslərdən müvafiq olaraq 18 300, 42 000 və 186 000 manat pul alıb. Bir müddət sonra A. Abbasovun yalanının üstü açılıb və 2021-2023-cü illərdə 20 saylı MKS-də rəis vəzifəsində çalışan şəxs işdən çıxarılıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Abbasova 8 il həbs cəzası verilib.
Sumqayıt Şəhər Məhkəməsi cinayətlərin məcmusu üzrə cəzaları qismən toplamaqla Anar Abbasovun üzərində qəti olaraq 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 8 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlayıb.
Избранный
21
4
oxu.az

10Источники