RU

Kit Kelloq Ukrayna rəhbərliyi ilə danışıqları qənaətbəxş hesab edir

Kiyev, 21 fevral, AZƏRTAC

ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq Ukrayna rəhbərliyi ilə danışıqları qənaətbəxş hesab edir. Bu, həmçinin Prezident Volodimir Zelenski ilə aparılan danışıqlara aiddir.

Bu barədə AZƏRTAC Kelloqun “X” sosial şəbəkəsindəki paylaşımına istinadla xəbər verir. Onun sözlərinə görə, Kiyevdə Ukrayna rəhbərliyi ilə “uzun və zəngin” gün keçirib.

“Mübariz və cəsur lider Prezident Volodimir Zelenski və onun istedadlı komandası ilə geniş və pozitiv diskussiyalar apardım”, - deyə ABŞ Prezidentinin xüsusi nümayəndəsi əlavə edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Избранный
28
azertag.az

1Источники