Bakı. Trend:
ABŞ aprelin 2-dən idxal olunan avtomobillərə 25 faiz rüsumtətbiq etməyi düşünür.
Trend-inməlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə ştatqubernatorları ilə görüşdə təsdiqləyib.
"Digər ölkələrdən gələn avtomobillərə 25 faiz rüsumun tətbiqinielan etmişdik. Bu, yəqin ki, aprelin 2-də baş verəcək", - deyə obildirib.
D.Tramp bundan əvvəl xarici avtomobillərə, eləcə də xaricdəngətirilən dərmanlara 25 faiz rüsum yığmağa başlamaq planlarınıaçıqlamışdı. Onun sözlərinə görə, dərmanların dərəcələri "25% vədaha yüksək" olacaq. Amerika lideri o zaman vurğulayıb ki, onlar"il ərzində çox əhəmiyyətli dərəcədə artacaqlar".