RU

“Zelenski axmaqlıq edir, ABŞ-nin səxavəti nəticəsində mövcuddur”

"Prezident Zelenski, eləcə də ölkəsi Amerika Birləşmiş Ştatlarının səxavəti nəticəsində mövcuddur. Odur ki, o, təşəkkürünü bildirsin".

Milli.Az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib.

"Əgər o, Prezident Trampla razılaşmırsa, ABŞ liderini tənqid edərək Avropa media turuna çıxmaqdansa, telefonu götürüb ona və ya bizim istedadlı diplomatlara zəng etsin. Bu təhqirdir - ona da, mənə də, Amerika xalqına da. Yeri gəlmişkən, bu, axmaqlıqdır", - deyə Vance əlavə edib.

O, həmçinin Zelenskinin açıqlamalarının Trampın mövqeyinə təsir etməyəcəyini bildirib. (qafqazinfo)

Milli.Az

Избранный
19
2
milli.az

3Источники