RU

Bakıdakı bütün ekonom maşınların "bazarını öldürən" modelin istehsalı dayandırıldı

Ölkəyə gətirilməsi gömrük xərcləri daxil olmaqla 22 min manata başa gələn BYD destroyer 05 modelinin istehsalı dayandırılıb.

Milli.Az xəbər verir ki, model bu ilin yanvar ayından başqa adla, daha fərqli dizaynda istehsal olunacaq.

BYD Destroyer 05 modelinin istehsalı 2025-ci ilin yanvar ayında dayandırılıb. Bu qərarın əsas səbəbi BYD şirkətinin məhsul xəttini yeniləmək və müştərilərə daha müasir texnologiyalı avtomobillər təqdim etmək istəyidir. Destroyer 05 modelinin yerini 2025-ci ilin yanvar ayında satışa çıxarılan BYD Seal 05 DM-i modeli alıb. Seal 05 DM-i Destroyer 05-in yenilənmiş versiyası olub, beşinci nəsil plug-in hibrid sistemi ilə təchiz edilmişdir. Bu yeni model, daha uzun elektriklə hərəkət məsafəsi və ümumi təkmilləşdirilmiş performans kimi üstünlüklərə malikdir.

Qeyd edək ki, destroyer 05 modeli ölkəmizdə kifayət qədər var, satışları rekord qırıb, taksidə istifadə edilir. Bu model ölkəyə gətiriləndən bütün ekonom maşınların, o cümlədən "Hyundai" və "Kia" ların "bazarı ölüb".

İslam
Milli.Az

Избранный
8
2
milli.az

3Источники