RU

Mayk Uolts: Donald Tramp Nobel Sülh Mükafatı ala bilər

Vaşinqton, 22 fevral, AZƏRTAC

ABŞ-ın Milli təhlükəsizlik müşaviri Mayk Uolts Prezident Donald Trampın Nobel Sülh Mükafatı alacağına inandığını açıqlayıb. AZƏRTAC-ın məlumatına görə, o, Donald Trampın dövrünü “sülh prezidenliyi” adlandırıb.

“O, Avropadakı müharibəni bitirəcək. O, Yaxın Şərqdəki müharibələrə son qoymağa hazırlaşır. O, ABŞ-a rəhbərliyi ilə öz yarımkürəmizə, Arktikadan Panamaya, Argentinadakı dostlarımıza qədər yenidən sərmayə qoymağı planlaşdırır. Bütün bunların sonunda biz Nobel Sülh Mükafatını Donald Trampın adının yanında görəcəyik”,- deyə Mayk Uolts bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Избранный
8
11
azertag.az

10Источники