RU

Netanyahu İordan sahillərindəki əməliyyatlara qatıldı

İsrailin Baş naziri Binyamin Netanyahu İordan çayının şimalında yerləşən Tulkerim qaçqın düşərgəsindəki əməliyyata qatılıb və əraziləri gəzib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Baş nazir “X”də videomüraciət yayımlayıb.

Netanyahu çox kritik iş gördüklərini ifadə edərək, dünən Bat-Yamda avtobuslarda baş verən partlayışlardan sonra müdafiə naziri İsrael Katzla birlikdə İordan çayının qərb sahilinə əlavə qüvvələr göndərilməsi və hücumların artırılması əmri verdiyini açıqlayıb.

İsrailin dövlət televiziyası KAN tərəfindən yayımlanan fotolarda Netanyahunun bəzi zabitlərlə düşərgəni gəzdiyi əks olunub.

Şəkil “Dünən Bat-Yamda baş verən partlayışlardan sonra Netanyahu Tulkerim Qaçqınlar Düşərgəsinə tur edir” şərhi ilə paylaşılıb.

Qeyd edək ki, Netanyahu sonuncu dəfə 2024-cü ilin sentyabrında İordaniya sərhədindən keçərək İordan çayının qərb sahilinə səfər edib. Həmin səfəri zamanı o, bölgədə əməliyyatları gücləndirmək qərarı verib.

Избранный
10
1
qafqazinfo.az

2Источники