RU

Növbəti illərdə Bakının hansı ərazisindən ev almaq daha ucuz olacaq?

Bakı. Trend:

Abşeron yarımadasının müxtəlif ərazilərində daşınmaz əmlakınqiymətlərində fərqli artım templəri müşahidə olunur. Ekspertlərinfikrincə, son bir neçə ildə əmlak bazarında ciddi durğunluq var. Buproses uzun müddət davam etsə, satış qiymətlərində stabilləşmə vəhətta enməni də görmək mümkün olacaq.

Bəs, görəsən, yaxın gələcəkdə yarımadanın, ocümlədən paytaxtın hansı ərazilərində daha ucuz qiymətə mənziltapmaq olacaq?

Məsələ ilə əmlak eksperti Elnur FərzəliyevTrend-əaçıqlamasında deyib ki, Xırdalan şəhərində əmlak paytaxta nisbətənucuz olsa da, tıxac səbəbindən orada yaşayan insanlar da məcburənöz evlərini sataraq paytaxta doğru gəlməyə çalışırlar:

“Hazırda xüsusən kreditli şərtlərlə alınan əmlaklarda şəhərinGünəşli, Zığ massivi tipli ərazilərinə tələbat daha çoxdur. Həminərazilərdə qiymət artımı paytaxta nisbətən daha azdır. Bundanəlavə, paytaxtda yeni metro stansiyalarının açılacağı ilə bağlıxəbərlər yayılıb. Həmin stansiyaların nisbətən kənar ərazilərdəaçılacağı bildirilir. Bu səbəbdən həmin ərazilərdə daşınmazəmlaklara tələbat artacaq, yatırım etmək üçün sərfəli şəraityaranacaq”.

Elnur Fərzəliyev vurğulayıb ki, hazırda qiymət artımı təbiiformada olsa da, əksər ərazilərdə süni artımlar da var.

“Bu da istismar müddəti bitən, qəzalı vəziyyətdə olan köhnəbinalarda baş verir. Buna da əsas səbəb həmin binaların sökülərəkyenitikililərlə əvəzlənməsidir. Artıq azad olunan ərazilərdətikinti işlərinin sürətlənməsi, yeni iş yerlərinin açılmasına səbəbolur. Bölgələrdən iş üçün gələn insanların böyük bir qismi paytaxtadeyil, həmin ərazilərə üz tutur”, - deyə ekspert əlavə edib.

Daşınmaz əmlak və inşaat üzrə ekspert ElnurAzadov isə Trend-ə açıqlamasında qeyd edib ki, son dövrlər qiymətartımına daha çox Bakı və Abşeron ərazisi məruz qalıb:

“Bu, Bakıdakı fiziki artım, regionlardan olan yüksəkurbanizasiya ilə bağlıdır. Qiymətlərin stabil bahalaşması fonundavətəndaşların büdcəsi imkan vermir ki, ev alışı üçün yetərlivəsaiti toplaya bilsinlər. Onlar da ipoteka, müxtəlif kreditnövlərinə üz tuturlar”.

Onun sözlərinə görə, növbəti illərdə qiymətlərin artmasıqaçılmaz olacaq.

“Bəzi ərazilərdə təklif tələbdən yüksəkdir. Bunun fonundaqiymətlərin nisbətən stabil və ucuz qalması proqnozlaşdırıla bilər.Buraya ilk növbədə Xırdalan şəhəri ərazisi daxildir. Burada inşaathəcmi kifayət qədər var, təkliflərin sayı həddindən artıq çoxdur.Yol infrasturkturunun inkişafı gələcəkdə həmin ərazilərdə evlərinalışı üçün münbit şərait yaradacaq. Buraya ilk növbədə Xırdalanşəhəri və onun ətrafındakı ərazilər daxildir. Bundan əlavə Masazırqəsəbəsini də qeyd etmək olar. Üçüncü yerdə isə Sumqayıt şəhəri vəHövsan qəsəbəsidir. Burada kifayət qədər daşınmaz əmlak var.Tələbat da yüksək deyil. Bu baxımdan qiymət artımları nisbətən azolacaq”.

Избранный
22
44
az.trend.az

10Источники