Rusiyada güclü yanğın başlayıb.
Söz.az "Mash"-a istinadən xəbər verir ki, hadisə Rostov-na-Donuda baş verib.
Məlumata görə, yanğın 1,5 min kvadratmetr sahəsi olan tullantı kağızı anbarında başlayıb.
Şəhəri qara tüstü bürüyüb.
Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin 40-dan çox mütəxəssisi işləyir.