Fevralın 21-də saat 23 radələrində paytaxtın Xətai rayonu ərazisində 38 yaşlı qadına və azyaşlı oğluna kəsici alətlə xəsarətlər yetirilməsi və nəticədə xəstəxanaya yerləşdirilmələri barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Tribunainfo.az-a bildirilib ki, əməli törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü R.Əfəndiyev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
***10:01
Bakıda dəhşətli hadisə baş verib.
Tribunainfo.az xəbər verir ki, bu gecə Xətai rayon ərazisində 1987-ci il təvəllüdlü Aysel Əfəndiyeva adlı şəxs və onun 5 yaşlı oğlu bıçaqlanıb.
Onlar ağır vəziyyətdə xəstəxanaya aparılıb. Məlum olub ki, hadisəni A.Əfəndiyevanın həyat yoldaşı törədib.
Faktla bağlı araşdırma aparılır. (Bakupost.az)