RU

Avtobuslar adi qrafikə qayıtdı

Bu gün avtobuslar adi qrafik və sxem üzrə fəaliyyətini davam etdirəcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Demokrat.az-a verilən məlumata görə, ötən gün təhlükəsizlik məqsədilə avtobusların fəaliyyətinə tətbiq edilən saat məhdudiyyəti aradan qaldırılıb.

Qeyd edilib ki, ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar gücləndirilmiş iş rejimində çalışır:

“AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkətinə nəzarət olunur. Hazırda bütün marşrutlar üzrə sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir. Xəttə gündəlik saya uyğun avtobuslar buraxılıb.

Избранный
1
36
demokrat.az

10Источники