RU

Çempionlar Liqasında 1/8 final mərhələsinin təqvimi açıqlandı

Futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün 1/8 final mərhələsinin təqvimi müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları martın 4-də və 5-də, cavab matçları isə martın 11-də və 12-də keçiriləcək.

UEFA Çempionlar Liqası
1/8 final
İlk oyunlar

4 mart
21:45. “Brügge” (Belçika) – “Aston Villa” (İngiltərə)
00:00. “Borussiya” (Dortmund, Almaniya) – “Lill” (Fransa)
00:00. PSV (Niderland) – “Arsenal” (İngiltərə)
00:00. “Real” (İspaniya) – “Atletiko” (Madrid, İspaniya)

5 mart
21:45. “Feyenoord” (Niderland) – “İnter” (İtaliya)
00:00. “Bayern” (Almaniya) – “Bayer” (Almaniya)
00:00. “Benfika” (Portuqaliya) – “Barselona” (İspaniya)
00:00. PSJ (Fransa) – “Liverpul” (İngiltərə)

Cavab oyunları

11 mart
21:45. “Barselona” (İspaniya) – “Benfika” (Portuqaliya)
00:00. “İnter” (İtaliya) – “Feyenoord” (Niderland)
00:00. “Bayer” (Almaniya) – “Bayern” (Almaniya)
00:00. “Liverpul” (İngiltərə) – PSJ (Fransa)

12 mart
21:45. “Lill” (Fransa) – “Borussiya” (Dortmund, Almaniya)
00:00. “Arsenal” (İngiltərə) – PSV (Niderland)
00:00. “Aston Villa” (İngiltərə) – “Brügge” (Belçika)
00:00. “Atletiko” (Madrid, İspaniya) – “Real” (İspaniya)

Избранный
4
15
arena.az

10Источники