RU

Bazarlarda qeyri-müəyyənlik var

Neft qiymətləri həftə ərzində yüksək olaraq qaldı, lakin cümə günü bütün qazanclarından imtina edərək yenidən 75 dollardan aşağı bağlandı.

Ötən həftə bir barel üçün 74,40 dollara bağlanan “Brent” markalı neft bazar ertəsi günü Ukraynanın Ağ Evin Kremllə danışıqlarına etiraz olaraq Rusiya ərazisindən keçən Qazaxıstan neftini daşıyan CPC-yə məxsus stansiyaya hücum etməsindən sonra bahalaşıb. Hücum nəticəsində “Brent” nefti 75,12 dollara qədər bahalaşıb və günü 0,07 faiz artımla 75,06 dollardan bağlayıb. “West Texas Intermediate” (WTI) xam nefti 1 faiz bahalaşaraq barreli 71,28 dollar təklif olunub.

Çin sədri Si Cinpinin özəl sektoru dəstəkləyən açıqlamaları ilə dünyanın ən böyük neft idxalçısı olan Çində iqtisadi canlanma gözləntiləri yaranıb. Belə ki, fevralın 18-də “Brent” markalı neft 0,5 faiz artaraq 75,45 dollara, “WTI” isə 0,6 faiz artaraq “71,74” dollara çatıb.

Avropa Birliyinin (AB) Rusiyanın neft nəqli və sanksiyalardan yayınmaq üçün istifadə etdiyi “kölgə donanmasını” hədəf alan yeni sanksiyalar paketinin təsdiqindən sonra “Brent” markalı neft fevralın 19-da 76,46 dollara qalxaraq günü 0,5 faiz bahalaşaraq 75,81 dollara bağlayıb. “WTI” 0,6 faiz bahalaşaraq 72,16 dollar olub.

Cümə axşamı günü də yüksəlişini davam etdirən Brent markalı neft 4 faiz artaraq günü 76,12 dollardan tamamlayıb. “WTI” də təxminən 4 faiz artaraq 72,43 dollara satılıb. Bununla belə, həmin gün ABŞ-ın maliyyə naziri Skott Bessent, qiymətlərin yuxarıya doğru hərəkətini məhdudlaşdıraraq, Ukrayna-Rusiya müharibəsində sülh prosesinin bir hissəsi kimi Rusiyaya qarşı sanksiyaların yumşaldılmasının masada ola biləcəyinə işarə edbi.

Cümə günü Bessentin Çinin İqtisadi Məsələlər üzrə Baş Nazirinin müavini He Lifinq ilə telefon danışığı, hər iki tərəfin Çin və ABŞ arasında iqtisadi əlaqələrin vacibliyini vurğuladığına dair xəbərlərdən sonra tədarükün kəsilməsi ilə bağlı narahatlıqları azaldıb. Beləliklə, “Brent” nefti 3 faizə yaxın dəyər itirərək, 2024-cü ilin oktyabr ayından bəri ən kəskin enişini qeyd edərək, yuxarıya doğru hərəkətini başa vudub.

“Brent” nefti 5 həftəlik eniş tendensiyasını davam etdirərək, fevralın 17-də başlayan həftəni 0,7 faiz azalaraq 73,90 dollardan bağlayıb. Eyni dövrdə “WTI” də 0,5 faiz ucuzlaşaraq 70,20 dollar olub.

***

Vaşinqton Ərəb Körfəz Dövlətləri İnstitutunun alimi Kate Dourian bildirib ki, artan qlobal geosiyasi qeyri-müəyyənliklərə baxmayaraq, neft qiymətləri dar diapazonda qalır.

Ehtiyat istehsal imkanlarının bolluğu səbəbiylə qiymətlərin sabit qaldığını deyən Dourian, “Neft qiymətləri 74-76 dollar arasında dar bir diapazonda qaldı və aşağı volatillik nümayiş etdirdi. İnvestorlar Vaşinqtondan yeni sanksiyalar və Rusiya-ABŞ sülh danışıqları xəbərini gözləyərkən aqressiv mövqelər tutmaqdansa, vəziyyəti izləməyi seçirlər”, – deyib.

Rusiya-Ukrayna müharibəsinin sona çatması və Moskvaya qarşı sanksiyaların yumşaldılması ilə bağlı razılaşma əldə olunarsa, neft qiymətlərinin daha da aşağı düşə biləcəyini ifadə edən Dourian, “Rusiyaya qarşı sanksiyalar yumşaldılsa belə, OPEC+ qiymət artımlarını məhdudlaşdıracaq. Bundan əlavə, ABŞ prezidentinin tətbiq etdiyi sanksiyalara görə alternativ mənbələrə müraciət edən alıcıların Rusiya neftinə qayıtması zaman alacaq, – deyib.

***

Londonda yerləşən enerji informasiya şirkəti “Energy Intelligence Group”un baş neft iqtisadçısı Jülyen Matonyer də buhəftəki qiymət artımlarının bazarlardakı qeyri-müəyyənlikdən qaynaqlandığını bildirib.

Matonyer ABŞ və Rusiya arasında danışıqların bərpası ilə Rusiya neftinin yenidən Avropaya göndərilə biləcəyi ümidinin “Brent” markalı neftin bir barelinin qiymətini 75 dollardan aşağı saldığını, lakin qiymətlərin tezliklə bərpa olunduğunu qeyd edib: “Birincisi, AB 16-cı sanksiya paketini təsdiqlədi və sanksiyaya məruz qalan rus tankerlərinin və onların maliyyələşdiricilərinin siyahısını genişləndirdi. Qazaxlar və “Chevron” hücumdan təsirlənmədiklərini desələr də, Rusiya neft ixracının 30-40 faiz azaldığını bildirir. İraq hökumətinin ixrac potensialı olsa da 1,5 milyard dollarlıq arbitraj işi həll edilmədən Ankaranın Ceyhan kəmərinə neft ixracına icazə verməsi mümkün görünmür. Nəhayət, Tramp administrasiyası İran neftinə qarşı sanksiyaların sərtləşdirilməsi qara qızılın ucuzlaşma ehtimalını şübhə altına alır. Bəzi analitiklər isə İranın tədarükünün gündə 200-300 min barel azala biləcəyini deyirlər. Buna görə də bazarlarda qiymətlər gözləniləndən çox aşağı düşməyib”.

Beynəlxalq məlumat şirkəti “Primary Vision Network”ün Enerji və İqtisadi Analitiki Osama Rizvi, OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkələrinin neft ehtiyatlarının azaldığını və Çin tələbində canlanma ola biləcəyini ifadə edərək, “ABŞ iqtisadiyyatı da gözləntilərin üzərində performans göstərir, lakin qiymət artımlarını tətikləyən əhəmiyyətli bir səbəb yoxdur”, – deyib.

Rizvi, bazar oyunçularının yüksəliş deyil, eniş meyli göstərdiyini ifadə edərək, “Neft bazarlarında eniş tendensiyası davam etdiyi üçün qiymətlərin gələcəkdə daha da düşəcəyinə inanıram. Gələn həftə mühüm iqtisadi xəbərlər var və bunlar prosesə təsir edəcək”, – deyib.

Избранный
20
vaxt.az

1Источники