Ağsuda bıçaqlanma hadisəsi olub.
Axar.az lent.az-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.
16 yaşlı M.Əliyevin qol və qarın nahiyəsinə bıçaqla xəsarət yetirilib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən Rüfət İbrahimov və bir yeniyetmə saxlanılıb. Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.