RU

Uşaq evinin müəlliməsinin cinayəti ifşa olundu - Görün mənimsədiyi pullarla nələr etdi

Rusiyanın Tomsk vilayətində körpələr evində dövlətin uşaqlar üçün ayırdığı pullarının oğurlanması ilə bağlı cinayət işi üzrə hökm oxunub.

Publika.az xəbər verir ki, bu barədə vilayət prokurorluğu məlumat yayıb.

İstintaqın məlumatına görə, bir il ərzində uşaq evinin müəlliməsi və qızı himayəyə götürdükləri üç yetim uşağı aldadıblar. Təqsirləndirilən şəxslər müxtəlif bəhanələrlə onların bank hesablarına 5,7 milyon rubl məbləğində vəsait köçürməyə məcbur ediblər. Belə ki, onlar əlil gəncə əmlak alıb onu ora köçürəcəklərini, ikinci zərərçəkən onların məzuniyyətə gedəcəyinə inanaraq pulu verib. Ana və qızı üçüncü tələbənin pulunu faizlə banka qoyacaqlarını vəd ediblər.

Cinayətkarlar oğurladıqları pulları dedikləri kimi də xərcləyiblər: mənzil alıblar, məzuniyyətə çıxıblar və borclarını ödəyiblər.

Избранный
16
2
publika.az

3Источники