RU

Batut gimnastikası üzrə kişilər arasında yarımfinalçılar bəlli oldu - Dünya Kuboku

Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda ilk yarımfinalçılar bəlli olub.

Trend xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan turnirdə əvvəlcə batut gimnastikası üzrə kişilər arasında fərdi təsnifat mərhələsinin yarışları keçirilib.

Bu növdə qüvvəsini sınayan 38 idmançıdan ən çox xal toplayan ilk 16 gimnast yarımfinala vəsiqə qazanıb. Azərbaycan idmançılarından Nicat Mirzəyev 54.670 xalla 19-cu, Əli Niftəliyev 50.160 xalla 24-cü, Mehdi Əliyev isə 50.020 xalla 26-cı olub.

 

Bu gün, həmçinin tamblinq üzrə kişi və qadınlar arasında təsnifat mərhələsinin yarışları da olacaq.

Dünya Kubokuna fevralın 23-də yekun vurulacaq.

Избранный
17
1
day.az

2Источники