Avropa İttifaqı Ukrayna üçün 20,9 milyard dollar dəyərində hərbi yardım paketi ayırır.
Sherg.az "Bloomberg" nəşrinə istinadən xəbər verir ki, bununla Aİ Trampın Rusiya ilə sürətli atəşkəs sazişi bağlamaq üçün təzyiq göstərdiyi bir vaxtda Ukraynanın strateji mövqeyini gücləndirməyi hədəfləyir. Əlavə hərbi dəstək Kiyevi hava hücumundan müdafiə sistemləri, artilleriya sursatları, uzun mənzilli raketlər və dronlarla təmin etməyi nəzərdə tutur.
Yardım paketinin detalları növbəti xarici işlər nazirləri iclasında müzakirə olunacaq.