RU

HEÇ NƏ DƏYİŞMƏYİB - İlhаm İsmаyıl


Putinin “Oreşnik” raketləri haqqında dedikləri ilə də tanış oldum.
Gözləmək olardı ki, Rusiya prezidenti ABŞ-Rusiya danışıqları barədə nəsə bir fikir bildirəcək, amma yox, o dağıdıcı qüvvəsi böyük olan raketi ilə öyündü. Putin: “ Bütün dünya “Oreşnik”dən danışır. Hansı materiallardan hazırlanıb? Döyüş başlıqlarındakı temperatur Günəşin səthindəki temperatura uyğundur“. Yəni, hamının gözlədiyi sülhdən danışmaq əvəzinə, raketinin daha çox insanın külünü göyə sovuracağı ilə, başqa hədəfləri kökündən məhv etmək gücündə olmağı ilə fəxr etdi. Doğrudan da, heç nə dəyişməyib.
Minskdə oxuyanda mühazirələrin birində müəllim təhlükəsizlik üçün hərbi xərclərin önəmindən danışanda belə bir əhvalat söylədi. Bilirsiniz ki, kosmosa peyklər Qazaxıstanın Baykonur kosmodromundan qalxır. Növbəti dəfə kosmodromda Yerin süni peyki buraxılandan iki gün sonra milliyətcə qazax olan bir yaşlı kişi Moskvaya gəlir və Leninin mavzoleyi qarşısında oturub etiraz aksiyası keçirməyə cəhd edir. Kişinin ayağında da yalnız tay ayaqqabı olur. Etirazın səbəbini soruşanda deyir ki, az qala ayda bir dəfə peyk buraxırsız. Bunun üçün də xeyli pul xərcləyirsiz, amma mən qazancımla ayağıma yalnız ayaqqabının tayını ala bilirəm, cüt ayaqqabı almaq imkanım yoxdur. Xeyrini bilmədiyimiz peykə sərf etdiyinizdənsə, elə edin ki, ayaqqabı ala bilək”. Ona qulaq asan səlahiyyətli şəxsin cavabı belə olur:” Əgər o sputnik qalxmazsa, sən o ayaqqabının heç ayağındakı tayını da ala bilməzsən”. İndi Rusiyanın iqtisadi sanksiyalarla boğulduğu bir vaxtda, Ukrayna ilə sülh danışıqlarının getdiyi zamanda Putin ölkəsinə və dünyaya demək istədi ki, Sizin nə çətinliyə düşmənizdən asılı olmayaraq biz daha dağıdıcı silahlarla hamını qorxutmalıyıq və bununla fəxr edirik. Heç nə dəyişməyib.

Избранный
24
nuh.az

1Источники