RU

“Qarabağ” “Sabah”la xalları yarı böldü

Azərbaycan Premyer Liqasında XXIV tur davam edir.

Msport.az xəbər verir ki, bu gün turun daha bir oyunu keçirilib.

Günün ikinci matçında lider “Qarabağ” avrokuboklara iddia edən “Sabah”ı qəbul edib. Matçda hesabı meydan sahibləri açıb. 17-ci dəqiqədə Abdullah Zubir komanda yoldaşının cinah ötürməsini cərimə meydanı daxilindən dəqiq zərbə ilə tamamlayıb. 35-ci dəqiqədə qonaqlar status-kvonu bərpa edib. Cesse Sekidika uzaq məsafədən baxımlı qola imza atıb.

Qalan dəqiqələrdə qol olmadığından, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Bununla “Qarabağ” xallarının sayını 57-yə, 5-ci pillədəki “Sabah” isə 33-ə çatdırıb.

Qeyd edək ki, tura sabah keçiriləcək oyunlarla yekun vurulacaq.

Избранный
19
19
msport.az

10Источники