Xəbər verdiyimiz kimi, BBC Azərbaycanın Bakı ofisinin fəaliyyətinin dayandırılması haqda qərar qəbul olunub.
Fransanın Azərbaycandakı səfiri Ann Buayon hadisəyə özünəməxsus münasibət bildirib.
Xanım səfir redaksiyanın bağlanmasının kədərli olduğunu bildirib: "BBC-nin Azərbaycan dilində xidmət göstərməsi Azərbaycan xalqına, mədəniyyətinə hörmət və marağın göstəricisi idi. Bu həqiqətən kədərlidir. Fransa BBC-yə nə borclu olduğunu bilir”.
Xanım səfirin bu fikirlərinə cavab gecikməyib.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səfirə qərarlarımıza hörmət etməli olduğunu xatırladaraq qeyd edib:
"Xanım səfir, Fransa cinayətkarcasıba istismar etdiyi Korsika xalqı, o cümlədən Dənizaşırı ərazilərdəki xalqlara da nə borclu olduğunu başa düşsə, yaxşı olar. Heç kim sizə ombudsman vəzifəsinə bürünməyi xahiş etməyib, suveren qərarlarımıza hörmət etməyi öyrənməlisiniz!”
AZXEBER.COM