RU

Alman avtomobil sənayesi ABŞ-da istehsalını genişləndirəcək

\Böyük alman avtomobil istehsalçıları ABŞ-da avtomobillərə gözlənilən tariflərin tətbiqindən dəyən ziyanı minimuma endirmək üçün istehsal bazalarını yenidən təşkil etmək planlarını hazırlayıblar.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Audi və Mercedes-Benz həll yolunu ABŞ-da istehsallarını genişləndirməkdə görürlər.

Audi-nin hələ ABŞ-da özünün istehsal bazası yoxdur və şirkət regionun ən məşhur modellərini orada yığmağa başlamağı planlaşdırır. Audi zavod üçün seçilmiş yeri bu il elan edəcək. Bu barədə Reuters agentliyinə alman şirkətinin baş direktoru Gernot Döllner məlumat verib.

ABŞ-ın Alabama ştatında istehsal müəssisəsi olan Mercedes-Benz şirkəti onu genişləndirmək niyyətindədir.

Eyni zamanda ABŞ-da da istehsalı olan BMW bunun öhdəsindən gələ biləcəyinə inanır.

BMW-nin baş direktoru Oliver Zipse görə, onların ABŞ-da irimiqyaslı istehsalı və bu istehsalın yerləşdiyi Cənubi Karolina ştatının hökuməti ilə yaxşı münasibətləri var.

2024-cü ildə bu üç ən böyük Alman avtomobil istehsalçısı Avropa İttifaqınınABŞ-a avtomobil ixracının 73 faizini təşkil edib. Allianz Trade-in avtomobil bazarı üzrə eksperti Guillaume Dejeana görə, “bu ticarət müharibəsində işlərin necə getməsindən asılı olmayaraq, Alman avtomobil istehsalçıları, demək olar ki, itirən tərəfdə olacaqlar”.

Nazlı Almuradova

Избранный
2
1
sia.az

2Источники