Bakıda bir-neçə yolda tıxac var.
“Ölkə.az” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hazırda:
1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
2. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından “Qara Qarayev” metro stansiyası istiqamətində;
3. Əbdülvahab Salamzadə küçəsi, “Qələbə” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.