RU

Bərdədə minik maşını aşdı – Ölən və xəsarət alanlar var 

Xəbər verdiyimiz kimi, Bərdədə “Lada” markalı minik maşınının aşması nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

TƏBİB-dən KONKRET.az-a bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2 nəfər (hər biri kişi cinsli olmaqla) Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

1995-ci il təvəllüdlü şəxs aqonal vəziyyətdə Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

1999-cu il təvəllüdlü şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

Hadisə nəticəsində 1 nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

KONKRET.az

Избранный
9
7
konkret.az

10Источники