RU

Fransada bıçaqla silahlanan şəxs yoldan keçənlərə hücum edib

Fransanın Mulyuz şəhərində bıçaqla silahlanan şəxs yoldan keçənlərə hücum edib.

APA xəbər verir ki, “BFMTV” kanalının prokurorluğa istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Hücum günorta saatlarında yarmarka yaxınlığında baş verib.

İlkin məlumata görə, zərərçəkənlər bələdiyyə işçiləridir.

Telekanalın məlumatına görə, şübhəli şəxs saxlanılıb.

Prokurorluq onun "terrorizmin qarşısının alınması" səyləri çərçivəsində hüquq-mühafizə orqanlarının qeydiyyatında olduğunu bildirib.

Fransa Prezidenti Emmanuel Makron hadisəni terror aktı adlandırıb.
Избранный
5
5
sherg.az

6Источники