Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 26-cı turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə yeddi qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Everton” – “Mançester Yunayted” matçında qalib müəyyənləşməyib.
“Arsenal” evdə “Vest Hem”ə, “Bornmut” “Vulverhempton”a, “Fulhem” “Kristal Pelas”a, “İpsviç Taun” “Tottenhem”ə, “Sauthempton” isə “Brayton”a məğlub olub. Səfərdə “Aston Villa” ilə qarşılaşan “Çelsi” də turu məğlubiyyətlə başa vurub.
26-cı turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
İngiltərə, Premyer Liqa
26-cı tur
21 fevral
Lester Siti – Brentford 0:4
Qollar: Vissa, 17. Mbeumo, 27. Norqard, 32. Karvalyo, 89.
22 fevral
Everton – Mançester Yunayted 2:2
Qollar: Beto, 19. Dukure, 33 – B.Fernandes, 72. Uqarte, 80.
Arsenal – Vest Hem 0:1
Qol: Bouen, 44.
Bornmut – Vulverhempton 0:1
Qol: Kunya, 36.
Fulhem – Kristal Pelas 0:2
Qollar: Andersen, 37-öz qapısına. Munyos, 66.
İpsviç Taun – Tottenhem 1:4
Qollar: Hatçinson, 36 – B.Conson, 18; 26. Spens, 77. Kuluşevski, 84.
Sauthempton – Brayton 0:4
Qollar: J.Pedro, 23. Rutter, 56. Mitoma, 71. Haynselvud, 82.
Aston Villa – Çelsi 2:1
Qollar: Asensio, 57; 89 – E.Fernandes, 9.
23 fevral
18:00. Nyukasl – Nottingem Forest
20:30. Mançester Siti – Liverpul