RU

"Özümü yaxşı tərəfdən göstərə bilməyim üçün əlimdən gələni edirəm"

"Bu qələbəyə görə çox sevincliyəm".

Sportinfo.az xəbər verir ki, bunu "Abşeron"un üzvü Xədicə Seyidli qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının XII turunda UNEC-lə matçı haqda deyib.

O, qarşılaşmanın çətin keçdiyini bildirib:

UNEC-lə matçda baş məşqçimiz Famil Ağayev mənə şans verdi. Bu mənim üçün sevindirici hal idi.

Özümü yaxşı tərəfdən göstərə bilməyim üçün əlimdən gələni edirəm. Bugünkü qələbəyə görə sevincliyəm.

Komanda yoldaşlarımı təbrik edirəm. Qarşıdakı görüşlərdə də qələbələr qazanmağa çalışacağıq.

"Abşeron" - UNEC görüşü birincilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Избранный
34
sportinfo.az

1Источники