Perunun şimal-qərbində yerləşən Trujillo şəhərində ticarət mərkəzinin damının uçması nəticəsində azı 6 nəfər ölüb, 80-dən çox insan yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə Teleqraf məlumat yayıb.
Məlumata görə, dam yemək meydançasının yerləşdiyi əraziyə düşüb.
Çökməyə yağış sularının damda yığılmasının səbəb olduğu ehtimal edilir.