RU

Qardaş ölkəyə AĞIR İTKİ: İsabəyov vəfat etdi

Qazax və sovet yazıçısı, dramaturqu, Qazaxıstan Respublikasının Dövlət mükafatı laureatı Dulat İsabəyov 83 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə "24KZ" portalı məlumat yayıb.

“Dulat İsabəyov qazax ədəbiyyatının vicdanı, qüruru və simvolu idi. O, qazax nəsri və dramaturgiyasının üfüqlərini genişləndirə bildi", - Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva vurğulayıb.

Onun hekayə və romanları Moskvada və Sovet İttifaqı respublikalarında dəfələrlə çap olunub, bəziləri alman, bolqar, macar və çex dillərinə tərcümə olunub. İsabekov iyirmidən çox pyesin müəllifi olub və onlar təkcə Qazaxıstan və Rusiyanın deyil, Bolqarıstan, Türkiyə və İngiltərənin teatrlarında da uğurla tamaşaya qoyulub.

Избранный
25
1
publika.az

10Источники