RU

Mingəçevirdə iki avtomobil toqquşub - VİDEO

Mingəçevirdə iki minik avtomobilinin toqquşması nəticəsində hər iki sürücü ağır xəsarət alıb.

Trend xəbər verir ki, hadisə şəhərin A.Məmmədov küçəsində baş verib.

Hərəkətdə olan Tofiq Musayev idarə etdiyi "Mercedes" markalı avtomobil ilə qarşıdan gələn "VAZ 21099" markalı avtomobillə toqquşub.

 

Toqquşma nəticəsində həm T.Musayev, həm də "VAZ" avtomobilinin sürücüsü ağır xəsarət alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
5
5
day.az

7Источники