RU

"Tramp Rusiya ilə mübarizəni davam etdirmək üçün Zelenskiyə maliyyə dəstəyini artırıb" - Politoloq

"Donald Tramp uzun illərdir ABŞ-ın strateji müttəfiqi hesab olunan Böyük Britaniyaya da etibar etmir. Trampın sağ əli olan İlon Mask Böyük Britanyanın baş nazri Keyr Starmerin ünvanına təhqiramiz fikirlər söyləyib. Amerikalı milyarder Starmeri ABŞ-da Prezident seçkilərinə müdaxilə etməkdən və Londonun bu məqsədlə Vaşinqtona agentlər göndərməkdən tutmuş onu asiyalı miqrantların kütləvi zorlanmasında iştiraka qədər cinayətlərdə ittham edib. “Starmer mühakimə olunmalıdır” deyən Mask Böyük Britaniyanın baş nazirinin istefa verməsi vacibliyini bildirib".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, çıxışına daha sonra bunları əlavə edib:

"İlon Mask Böyük Britaniyanın radikal sağçı “Reform UK” partiyasının lideri Naycel Faracı dəstəklədiyini və onun partiyasını maliyyələşdirəcəyini gizlətməyib. Doğrudur, Naycel Farac vaxtilə ölkəsinin Avropa İttifaqından çıxmasına nail olsa da, onun Böyük Britaniyada elə böyük nüfuzu yoxdur. Buna baxmayaraq, İlon Mask başqa ölkənin daxili işlərinə qarışmaqda, liderini aşağılamaqda və başqa ölkənin partiyasını maliyyələşdirməklə qanun pozunsutuna yol verməkdə qəbahət görmür. Necə ki, Mask Almaniyanın daxili işlərinə qarışaraq bu ölkənin ifrat sağçı Almaniya üçün Alternativ Partiyasını dəstəkləməyi lazım bilib.

Keyr Starmer Vaşinqtondan onun ünvanına səslənən ittihamlara sərt cavab vermək istəmir, yəqin düşünür ki, belə edərsə ABŞ-Böyük Britaniya ittifaqının sonunu yaxınlaşdıra bilər. Ancaq məsələ burasındadır ki, bu ittifaq Tramp və onun yaxın ətrafını artıq düşündürmür. Tramp Ukrayna Prezidentinə ultimativ tələblər irəli sürərkən, Starmer Kiyevlə strateji tərəfdaşlıq haqqında saziş imzalayıb, Rusiya ilə mübarizəni davam etdirmək üçün Volodimir Zelenskiyə siyasi, hərbi və maliyyə dəstəyini artırıb. Aydındır ki, Starmerin bu siyasəti Trampın xoşuna bilməyib. Ağ Ev sahibi bundan çıxış edərək daha bir ənənəni pozaraq ilk xarici səfərini Böyük Britaniyaya deyil, Səudiyyə Ərəbistanına reallaşdırmaq istəyir. Çünki, Səudiyyə Ərəbistanı ABŞ-dan 450 milyard dollar mal almağa razılaşıb".

Vasif

Избранный
11
1
redaktor.az

2Источники