RU

Qlobal apokalipsisə imkan verməyəcəyik - Medvedyev

Rusiya planetdə nasizmin köklərini yandırmalı, tarixi yaddaşı qorumalı və yeni nəsillərə layiqli miras qoymalıdır.

Azreform.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev deyib.

Onun sözlərinə görə, indi düşmənlər arasında terror və panika hökm sürür:

“Qlobal apokalipsisə imkan verməyəcəyik. Planetdə nasizmin qisasını qeyri-mümkün etməliyik. Tarixi yaddaşı qorumaq və Yer üzündə yeni nəsillərə layiqli miras qoymaq lazımdır. Ən əsası isə geniş Vətənimizi qorumaq və onun çiçəklənməsi üçün hər şeyi etməliyik”, - Medvedyev bildirib.(Axar.az)

Избранный
91
18
azreform.info

10Источники