RU

Azərbaycanda qara görə oyunlar təxirə salındı

Bakıda və regionlarda mövcud olan, eləcə də davam edəcəyi proqnozlaşdırılan qarlı hava şəraiti ilə əlaqədar bir neçə oyun təxirə salınıb.

Heftelik.az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

2-ci Liqanın 24-25 fevral tarixlərində keçirilməsi nəzərdə tutulan oyunlarının təxirə salınmasına qərar verib. Oyunların 27, 28 fevral və 1 mart tarixlərində keçirilməsi qərara alınıb.

Oyunların təqvimi və başlama saatları ilə bağlı əlavə məlumat veriləcəyi bildirilib.

PFL-in əvəlcədən fevralın 24 və 25-də təyin etdiyi oyunların siyahısı 

24 fevral (bazar ertəsi)

“Göygöl” – “Saatlı-Araz”
Göygöl OİK stadionu, 14:00

“Hypers Guba” – “Şəmkir”
Quba OİK stadionu, 14:00

“Sheki City” – “Lerik”
Şəki şəhər stadionu, 14:00

25 fevral (çərşənbə axşamı)

“Şəfa” – “Dinamo”
“ASK Arena”, 14:00

“Şahdağ Qusar” – “Kür-Araz”
Şamaxı OİK stadionu, 14:00

“Ağdaş” – “Şimal”
Ağdaş şəhər stadionu, 14:00

“Qusar” – “Füzuli”
“Kapital Bank Arena” (ehtiyat meydança), 15:00

Избранный
6
23
heftelik.az

10Источники