Bakı, 23 fevral, AZƏRTAC
Niderlandın "Feyenord" komandasının yeni baş məşqçisi müəyyənləşib.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Rotterdam təmsilçisinin sabiq futbolçusu Robin van Persi təyin edilib. 42 yaşlı mütəxəssislə 2027-ci ilin yayınadək müqavilə imzalanıb.
Van Persi futbolçu kimi 2001-2004 və 2018-2019-cu illər mövsümündə "Feyenord"da çıxış edib. O, 2020-2024-cü illərdə isə Niderland klubunun gənclər komandasında işləyib. Veteran futbolçunun baş məşqçi kimi son klubu ölkəsində "Herenven" olub.