Parisdə Fransanın Avropa İttifaqı (Aİ) və NATO-dan çıxmasını tələb edən aksiya keçirilib.
“Ria Novosti” xəbər verib ki, aksiyada yüzlərlə insan iştirak edib.
Aksiya “Vətənpərvərlər” partiyasının lideri Florian Filipponun rəhbərliyi ilə təşkil edilib.
Etirazçılar Parisin mərkəzi küçələri ilə “Makron istefa!”, “Makron, müharibəni özün apar!” şüarları ilə yürüş ediblər. Aksiya iştirakçılarının əllərində “Avropadan bezmişik”, “NATO-ya son!”, “Sülh uğrunda” və digər şüarların yazıldığı plakatlar olub.
Yürüş zamanı Filippo nümayişkaranə şəkildə Aİ bayrağını cırıb.