RU

AFFA "Turan Tovuz"u hədələdi: “Fakt varsa, təqdim edilsin, əks halda…”

AFFA “Turan Tovuz” klubunun “Şamaxı” ilə matçdan əvvəlki bəyanatatına reaksiya bildirib.

Publika.az xəbər verir ki, bölgə təmsilçisi əlverişsiz hava şəraitinə görə VAR sisteminin və canlı yayımın olmayacağını oyunun şəffaf keçirilməsinə şübhə yaratması ilə əlaqələndirib.

AFFA “Turan Tovuz”un bəyanatına cavab olaraq belə açıqlama yayıb:

“Ölkə ərazisində qarlı hava şəraiti ilə əlaqədar oyunların keçiriləcəyi stadionlarda müəyyən çətinliklər yaranıb. Azərbaycan Premyer Liqasının 24-cü turunun “Şamaxı” – “Turan Tovuz” oyununun keçirildiyi Şamaxı şəhərində güclü qar yağmasına baxmayaraq, stadion qardan təmizlənib və oyuna hazır vəziyyətə gətirilib.

Azərbaycan Premyer Liqasının Əsasnaməsində oyun canlı yayımlanmasa və ya VAR sistemi tətbiq olumasa, matçın keçirilməməsi ilə bağlı heç bir şərt yoxdur. Belə ki, meydançanın durumu imkan verdiyi halda, komandalar, hakimlər, hakim-inspektor, AFFA nümayəndəsi, təcili-tibbi yardım maşını stadionda olduğu təqdirdə, həmçinin təhlükəsizliklə bağlı hər hansı problem olmasa, oyun baş tutmalıdır.

Избранный
40
11
publika.az

10Источники