RU

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən hakim Ədalət və İnkişaf Partiyasının sədri seçilib

Bakı. Trend:

Rəcəb Tayyib Ərdoğan, AKP-nin Ankarada keçirilən qurultayındapartiyanın başqanı postuna yeganə namizəd olaraq seçilib.

Trend-inməlumatına görə, çıxışında Ərdoğan, “Partiyamızın rəhbərliyini mənəbir daha etibar etdiyiniz üçün hamınıza təşəkkür edirəm. 23,5 ildirki, biz nə Türkiyəni, nə də xalqımızı heç vaxt məyus etməmişik vəbundan sonra da onları ruhdan salmayacağıq. Biz dayanmayacağıq vətərəddüd etmədən xalqa və ölkəmizə xidmət edərək hərəkət edəcəyik,”– deyə vurğulayıb.

Qurultay zamanı AKP-nin rəhbər orqanlarının, İH-nin, Mərkəziİcraiyyə Komitəsinin və bəzi partiya şura və komissiyalarınınüzvlərinin siyahıları üzrə səsvermə keçirilib.

Türkiyə mətbuatının yazdığına görə, qurultaydan sonra Ərdoğankabinetdə dəyişikliklər edərək beşdən yeddiyə qədər nazirin dəyişəbiləcəyini bildirib. Həmçinin, bəzi idarələrin ayrı-ayrınazirliklərə bölünməsi məsələsi də müzakirə olunub.

Избранный
55
5
az.trend.az

7Источники