"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandeş "qırmızı şeytanlar"ın heyətində 2022-ci ildən bəri Premyer Liqada cərimə zərbəsindən birbaşa qol vuran ilk futbolçu olub.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, o, də İngiltərə çempionatının 26-cı turunun "Everton"la oyununda (2:2) bunu bacarıb.
Brunodan əvvəl "Yunayted" üçün cərimə zərbəsindən qol vuran sonuncu oyunçu Kriştiano Ronaldo olub.
Portuqaliyalı superulzu 2022-ci ilin aprelində "Norviç"ə qarşı görüşdə cərimə zərbəsindən fərqlənib.
Qeyd edək ki, Fernandeş bu mövsüm Premyer Liqada 25 oyun keçirib, 6 qol vurub və 6 məhsuldar ötürmə edib.
Milli.Az