RU

Naxçıvanda 16 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Fevralın 23-ü saat 18:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, fevralın 23-ü saat 18:00-a olan məlumatına əsasən hazırda ölkə ərazisində qarlı və şaxtalı hava şəraiti davam edir.

Belə ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Qubadlı, Ağdamda Naxçıvan, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Altıağac, Quba, Qrız, Xaltan, Şabran, Şahdağ, Bərdə, Mingəçevir, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 1, Naxçıvan MR-da 4, dağlıq rayonlarda 11, yüksək dağlıq ərazilərdə 16 dərəcəyədək şaxta qeydə alınıb.


Telegram kanalımız
Избранный
11
13
yenisabah.az

10Источники