Futbol üzrə Cənubi Koreya çempionatında 2-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv evdə “Ulsan”la qarşılaşıb və 0:2 hesabıyla uduzub.
Anton da bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə mübarizə aparıb.
“Daejeon” hazırda 3 xalla 5-ci pillədə qərarlaşıb.