RU

Misir Universitetində Azərbaycan dilinin tədrisinə yenidən başlanılıb

Misirin Ayn Şəms Universitetinin Ədəbiyyat fakültəsinin Türk dili şöbəsində Azərbaycan dilinin tədrisinə yenidən başlanılıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, dərslər Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) maliyyə dəstəyi və Azərbaycan səfirliyinin təşkilatçılığı ilə keçirilir.

Fakültənin 2-ci və 3-cü kurslarında təhsil alan 500-ə yaxın tələbə Azərbaycan dilini maraqla öyrənir. Ana dilimizi Misirdə Azərbaycan diasporunun fəalı İnarə Osmanova tədris edir.

Xatırlayaq ki, Misirin bir neçə universitetində Azərbaycan dili tədris olunur.

Избранный
78
2
sia.az

3Источники