RU

Fridrix Mers kansler olacaq

Almaniyada bu günkeçirilən seçkilərin ilkin nəticəsinə görə, müxalifətdə olan Mühafizəkarlar İttifaqı (CDU/CSU) qalib gəlib.

XəzərNews.az xəbər verir ki, Fridrix Mersin növbəti kansler olması gözlənilir.

Sağçı Alternativ für Deutschland (AfD) partiyası isə tarixində ilk dəfə olaraq ikinci yeri tutaraq ən yaxşı nəticəsini əldə edib.

Səsvermənin ilkin nəticələrinə əsasən, CDU/CSU təxminən 29%, AfD isə 20% səs toplayıb.

Hazırkı kansler Olaf Şoltsun rəhbərlik etdiyi Sosial Demokrat Partiyası (SPD) isə təxminən 16% səs toplayaraq məğlubiyyətini etiraf edib.

Yaşıllar Partiyası 12-13% səs toplayıb. AfD-nin lideri Alis Vaydel CDU ilə koalisiya danışıqlarına açıq olduğunu bildirsə də, CDU/CSU ənənəvi olaraq AfD ilə əməkdaşlıq etməyi rədd edir.

Xəbər 5 dəfə oxunub.
Избранный
59
xezernews.az

1Источники