RU

Avstraliya Rusiyanı yeni sanksiyalarla vurdu

Avstraliya Rusiya vətəndaşlarına və təşkilatlarına qarşı yeni sanksiyalar paketi qəbul edib.

Publika.az xəbər verir ki, Bu barədə ölkə hökumətinin saytında məlumat verilib.

“Avstraliya hökuməti bu gün 70 şəxsə əlavə məqsədyönlü maliyyə sanksiyaları və səyahət qadağaları, 79 quruma isə məqsədyönlü maliyyə sanksiyaları tətbiq edib. Bu, Avstraliyanın 2022-ci ilin fevralından bəri ən böyük sanksiyalar paketidir”, - məlumatda qeyd edilib.

Məhdudiyyətlər, xüsusən Rusiyanın müdafiə, nəqliyyat və maliyyə sektorlarındakı obyektlərə, kommersiya pilotsuz təyyarələrinin və komponentlərinin tədarükünə, o cümlədən müvafiq xidmətlərin göstərilməsinə aiddir.

Sanksiyalar həmçinin Rusiya və Şimali Koreya arasında hərbi əməkdaşlığın dərinləşdirilməsində iştirak edən şəxslərə və təşkilatlara qarşı yönəlib.

Избранный
47
2
publika.az

3Источники