CDU/CSU blokundan Almaniya kansleri vəzifəsinə namizəd və ehtimal ki, gələcək hökumət başçısı Fridrix Merts deyib ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Avropanın taleyinə biganədir, ona görə də Aİ öz mövqeyini möhkəmləndirməyə diqqət etməlidir.
Publika.az xəbər verir ki, Merts ZDF və ARD televiziya kanallarında deyib:
“Mənim üçün Avropanı mümkün qədər tez gücləndirmək mütləq prioritet olacaq ki, o, tədricən ABŞ-dan həqiqi müstəqilliyə nail olsun. Donald Trampın keçən həftə verdiyi açıqlamalardan sonra aydın oldu ki, amerikalılar, bu hökumət Avropanın taleyinə böyük ölçüdə biganədir”.