RU

Təxirə salınmış “Zirə” - “Kəpəz” matçı bu gün keçiriləcək

Təxirə
Misli Premyer Liqasının XXIV turundan təxirə salınmış “Zirə” - “Kəpəz” matçı bu gün keçiriləcək. 1news.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüşün start fiti saat 16:00-da səsləndiriləcək.
“Zirə” hazırda turnir cədvəlində 42 xalla üçüncüdür. Doqquzuncu pillədə qərarlaşan “Kəpəz”in isə 19 xalı var. Misli Premyer Liqası III dövrə, XXIV tur 24 fevral 17:00. “Zirə”– “Kəpəz” Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin Məsiyev.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun əvvəlki görüşlərində “Araz-Naxçıvan” “Səbail”lə (0:0), “Qarabağ” “Sabah”la (1:1) heç-heçə edib.”Turan Tovuz” səfərdə “Şamaxı”nı, “Neftçi” isə “Sumqayıt”ı 1:0 hesabı ilə üstələyib.

Избранный
18
9
1news.az

9Источники