RU

Avstraliya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Avstraliya Rusiya vətəndaşlarına və təşkilatlarına qarşı yeni sanksiyalar paketi qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkə hökumətinin saytında məlumat verilib.

“Avstraliya hökuməti bu gün 70 şəxsə əlavə məqsədyönlü maliyyə sanksiyaları və səyahət qadağaları, 79 quruma isə məqsədyönlü maliyyə sanksiyaları tətbiq edib. Bu, Avstraliyanın 2022-ci ilin fevralından bəri ən böyük sanksiyalar paketidir”, - deyə nəşr yazıb.

Məhdudiyyətlər, xüsusən Rusiyanın müdafiə, nəqliyyat və maliyyə sektorlarındakı obyektlərə, pilotsuz təyyarələrinin və komponentlərinin tədarükünə, o cümlədən müvafiq xidmətlərin göstərilməsinə aiddir.

Sanksiyalar həmçinin Rusiya və Şimali Koreya arasında hərbi əməkdaşlığın dərinləşdirilməsində iştirak edən şəxslərə və təşkilatlara qarşı yönəlib.dig

Избранный
36
2
operativmm.az

3Источники