RU

ABŞ Ukraynadan görün nə tələb edir: Bu müqaviləni imzalayın və...

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals ölkəsinin Rusiya və Ukraynaya münasibətdə mövqeyini nəzərdən keçirəcəyini bəyan edib. O, Kiyevdən strateji ehtiyatlar müqaviləsini imzalamağı tələb edib.

Publika.az xəbər verir ki, bu barədə Mayk Vals “Fox News”-a danışıb.

O deyib ki, Amerikanın Kiyevlə bağlı siyasəti dəyişib:

“Kiyevdən strateji resursların satışı ilə bağlı müqavilənin imzalanmasını tələb edirik. İstəyirik ki, amerikalılar öz böyük sərmayələri üçün nə əldə edə biləcəklərini görsünlər. ABŞ prezidenti Donald Tramp son günlər Zelenski ilə bağlı bir sıra sərt açıqlamalar verib. Zelenskini “diktator” adlandıran və onu seçki keçirməkdən imtina etməkdə günahlandıran Trampın sözlərinə görə, Ukrayna lideri öz postunu qorumaq üçün mübarizəni davam etdirmək istəyir. Biz ABŞ-ın Rusiya ilə münasibətlərini də nəzərdən keçiririk”.

Избранный
33
publika.az

1Источники