"Rossiya Segodnya" (Sputnik) nümayəndəliyi ləğv edilib.
"Unikal" xəbər verir ki, bu barədə "Report"a Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.
O bildirib ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.
Ayxan Hacızadə həmçinin bildirib ki, "Amerikanın səsi" radiosunun müxbir akkreditasiyası ləğv edilib.