RU

MN: Ötən il toplanışlara 10 mindən artıq hərbi vəzifəli cəlb olunub

2024-cü ildə səfərbərlik hazırlığına diqqət daha da artırılıb, səfərbərlik ehtiyatlarının keyfiyyətinin yüksəldilməsi istiqamətində ciddi addımlar atılıb.

“Poliqon” xəbər verir ki, bu barədə 2024-cü ilin yekunlarına dair keçirilən Müdafiə Nazirliyinin Kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, ötən il ərzində toplanışlara cəlb edilən 10.000-dən artıq müxtəlif ixtisaslı hərbi vəzifəlinin bilik və bacarıqlarının artırılması ilə yanaşı, onlara silahlanmaya yeni qəbul edilmiş silah və texnikadan istifadə qaydaları öyrədilib. Bu istiqamətdə həyata keçirilən tədbirlərin cari ildə də davam etdiriləcəyi vurğulanıb.

Избранный
56
10
poliqon.az

10Источники