Fevralın 23-də keçirilən növbədənkənar Almaniya Bundestaq seçkilərində Fridrix Mersin rəhbərliyi altında Xristian Demokrat İttifaqı/Xristian Sosial Birlik (XDİ/XSB) bloku 28,6% səs toplayaraq qalib gəlib.
Fridrix Mers 2022-ci ildən etibarən XDİ-nin rəhbəridir.
Mers 1990-cı illərin sonlarından 2000-ci illərin əvvəllərinə qədər Almaniya Parlamentində (Bundestaq) çalışıb və partiyada müxtəlif vəzifələr tutub. 2002-ci ildə o, bir neçə illik fasilə verərək, iş dünyasında fəaliyyət göstərib və burada BlackRock kimi böyük maliyyə şirkətlərində çalışıb.
2018-ci ildə siyasətə qayıdan Fridrix Mers, bir liberal kimi vergi sisteminin sadələşdirilməsi və miqrasiya məhdudiyyətlərinin tətbiqi tərəfdarı idi. O, dərhal XDİ-nin sadə üzvləri arasında Angela Merkelin varisi olmaq üçün ən populyar namizəd oldu, lakin partiyanın rəhbərliyi iki dəfə onun lider seçilməsinin qarşısını aldı. İlk olaraq 2018-ci ildə Merkelin təyin etdiyi namizəd Anneqret Kramp-Karrenbauer partiyanın lideri seçildi, Lakin 2021-ci ildə Kramp-Karrenbauerin istefasından sonra, Mers yenidən XDİ-nin rəhbəri seçilib.