RU

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin rəsmi qarşılanma mərasimi olub – FOTO

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin fevralın 24-də rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Pakistanın Baş nazirinin şərəfinə Fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Pakistanın Baş nazirinə raport verib.

Pakistan İslam Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Baş nazir Məhəmməd Şahbaz Şərifin qarşısından keçib.

Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif rəsmi foto çəkdiriblər.

DOĞRU.AZ

image-kvfcbrdnwn5sfp9vnnt4tksvdlbhifojux07ur9e_1200 image-ofljprzoyf6vj9qh3fjlgclfbqt6orxa8c3cdx5e_640 image-vman2asikasnsplzqwizp5ceploig558uch3qltm_640 image-8bh9cfu7srxm12xklpayiqatzdm9kf5t8gfqwey9_640 image-wt6oo72ainupci48ojplnipqtlzyj9wjdfphvd1h_640

Избранный
35
49
dogru.az

10Источники